Ermənistan müdafiə nazirinin müavini "vuruldu"

Ermənistan Müdafiə Nazirliyində ötən ilin aprel döyüşlərindən sonra həyata keçirilən dəyişikliklər davam edir.
Bu gün müdafiə nazirinin müavini Ara Nazaryan tutduğu vəzifədən azad edilib. Hökumət başçısının mətbuata katibi bununla bağlı məlumat verməklə kifayətlənib. Qeyd edək ki, A.Nazaryan mülki şəxs idi. Görünür son zamanlar erməni ordusundakı özbaşınalıqlar, intihar halları zabit-əsgər münasibətlərindəki biabırçılıqlar rəhbərliyi Nazaryanı qurban verməyə vadar edib. Hələlik onun yerinə kimin təyin oldunduğu bəlli deyil.