Ərdoğanla Putin arasında 3 saatdan artıq davam edən görüş başa çatıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb.
Dövlət başçılarının danışıqları 3 saat davam edib.
İnformasiyaya əsasən, görüşdə ikitərəfli əlaqələrin inkişafı və genişləndirliməsi, Suriya münaqişəsinin həlli məsələləri müzakirə edilib.