Rusiyalı nazir müavini: "Neftin qiyməti 40 dollardan aşağı düşə bilər"

OPEC və ona üzv olmayan ölkələrin hasilatın azaldılması barədə anlaşmanın müddətini uzatmasına baxmayaraq, neft bazarında tarazlığın bərpa olunacağını demək çətindir.
Bunu Rusiya maliyyə nazirinin müavini Vladimir Kolıçev "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
Nazir müavininin sözlərinə görə, neft qiymətlərinin 40 dollar/bareldən aşağı düşmə riskləri mövcuddur. "Ümumiyyətlə, neftin barelinin yaxın 5-7 il müddətində orta qiyməti 40-50 dollar/barel təşkil edə bilər", - deyə V.Kolıçev sözlərinə əlavə edib.