Ohanyan Sərkisyanı inqilabla hədələdi

Parlamentdən kənar hadisələr ölkədə fors-major situasiyaya səbəb ola bilər.
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan söyləyib.
“Hazırda elə sistem formalaşdırılıb ki, o ən apolitik (siyasi proses, siyasi hadisələr və siyasətlə əlaqəsi olmayan şəxslər, qruplar və sairə) parlamentin yaranmasına şərait yaradıb. Bu parlament xalqın maraqlarını təmin etmir. Xalqın səsi isə mütləq eşidilməlidir”, – deyə o bildirib.