Demokratiya və Rifah Hərəkatının Ədliyyə Nazirliyinə qarşı şikayəti təmin edilməyib

Məhkəmə Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə qarşı şikayətini təmin etməyib.
Bu barədə hərəkatın sədri Qubad İbadoğlu məlumat verib.
O bildirib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, ADR dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edib, lakin nazirlik müraciətə müsbət cavab verməyib.
Bundan sonra hərəkatın sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verib.