Azərbaycandan 250 qadın Sibel Cana tamaşa eləmək üçün Türkiyəyə getdi
Türkiyənin Marmaris bölgəsində müğənni Sibel Canın izdihamlı konserti baş tutub. Amfiteatrda təşkil olunan konsertə 5 mindən çox insanın təşrif buyurduğu bildirilir.
Müğənninin Azərbaycandan olan 250 qadın pərəstişkarı da konsertə gələnlərin arasında olub.
Saat yarım səhnədə olan müğənni xalq mahnılarına üstünlük verib. Konsertdə həmçinin Türkiyənin tanınmış simaları iştirak ediblər.










