Rəqsanə Ozan Çolakoğlu ilə "partlayış" edəcək
Müğənni Rəqsanə İsmayılova türkiyəli məşhur musiqiçi Ozan Çolakoğlu ilə işbirliyinə başlayıb.
Rəqsanə Çolakoğlu ilə yeni sinql üzərində çalışır. Bu barədə müğənni özü məlumat verib. O, "İntihar" adlı mahnısının "partlayış" edəcəyi iddiasındadır.
Qeyd edək ki, Ozan Çolakoğlu müğənni Gülşənin həyat yoldaşıdır.
Mahnının söz və musiqisi Emrah Karadumana aranjman isə Ozan Çolakoğluna aiddir.










