"Almaniyaya gedəndə anamın qarmonunu satdım" - Tolik
Prodüser Tarix Əliyev (Tolik) anası ilə bağlı xatirəsini bölüşüb.
Prodüser vaxtilə ölkəni tərk edəndə anasının qarmonunu satdığını bildirib:

"Canım anam illərlə qarmon müəlliməliyi etdi. Tələbələri də var. İndi də onlardan bəzilərini görürəm. Almaniyaya yaşamağa gedəndə mən onun qarmonunu satdım. Bu, çoxdan - bəlkə də 20 il bundan qabaq olub. Amma indi o qarmonu tapsaydım, alıb anama hədiyyə edərdim. Bu, anama ən böyük hədiyyə olardı. Uşaqlıqda insan çox səhv edə bilər. Allah anama can sağlığı versin".










