Türkiyə yenidən “Eurovision”a qatılır, ölkəni o təmsil edəcək
Türkiyə illər sonra “Eurovision” mahnı müsabiqəsinə qatılacaq.
Sonuncu dəfə 2012-ci ildə müsabiqədə iştirak edən Türkiyənin növbəti il yenidən yarışacağı bildirilib.
Türkiyəni 8 il fasilədən sonra 2018-ci ildə təkrar “Manga” qrupunu təmsil edəcəyi deyilib. Qrup üzvləri məlumatı sosial şəbəkədə “Eurovision... Yenə, yeni, yenidən” sözləri ilə təsdiq edib.
Ancaq “Manga”nın rəsmi olaraq Türkiyəni təmsil edəcəyi TRT rəhbərliyi tərəfindən açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə ilk dəfə 1975-ci ildə Semiha Yankı ilə qatıldığı, 2003-cü ildə Sertab Erenerin 167 bal alaraq birinciliyi qazandığı müsabiqəyə son olaraq Can Bonomo ilə qatılıb.












