"Survivor" iştirakçısı "Ginnesin rekordlar kitabı"na düşməyə hazırlaşır
"Survivor" iştirakçılarından olan, 1998-ci ildə "Best Model of Turkey" birincisi seçilən Fatih Hürkan "Ginnesin rekordlar kitabı"na düşmək istəyir.
Fatih hətta bunun üçün müraciət də hazırlayıb. O, ən çox reklama çəkilən biri kimi kitaba düşmək istəyir. Hürkan 10 il ərzində 164 reklama çəkilib. Fatih ondan həmin reklamların videolarını istədiklərini və onları təqdim edərsə, bir ilkə də imza atacağını söyləyib.
Qeyd edək ki, Fatih Hürkan "Fırtınalı aşk" serialında da çəkilib.










