"Fənərbağça"nın yeni transferi açıqlandı
"Fənərbağca" növbəti transferini reallaşdırıb.
Çili millisinin müdafiəçisi Maurisio İsla "sarı lacivərdlilər"lə 3 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu yeni klubunda 2 nömrəli formanı geyinəcək. İsla ötən mövsüm "Kalyari"nin heyətində meydana çıxdığı 34 qarşılaşma 1 qolla yadda qalıb. Qeyd edək ki, "Fənərbağça" ondan əvvəl Nabil Dirar və Matye Valbuenanı da transfer etmişdi.










