Natavanın "dress-code" istəyinə kimlər əməl etmədi? - FOTOlar
Müğənni Natavan Həbibi toyuna dəvət etdiyi qonaqlar üçün bir çox qadağalar qoymuşdu.
Sənətçi qonaqlara ilk növbətə toya telefonsuz gəlməyi tapşırıb. Daha sonra isə o, dəvətnamədə qonaqlar üçün dress-code istəyib. Belə ki, xanımlardan qırmızı, ağ və yaşıl libas, kişilərdən ağ və qara kostyum geyinmələri istənilib.
Bəs görəsən, Natavanın bu istəyinə kimlər əməl etməyib?
Telefonla bağlı qadağaya demək olar ki, toyda heç kim məhəl qoymayıb. Hər kəs toya telefon aparıb, fotolar və videolar çəkərək sosial şəbəkədə yerləşdirib.










