Bu gün Natavanın oğlan toyudur
Bu gün müğənni Natavan Həbibi və reper Səid Əliyevin (Dado) oğlan toyudur.
Toy mərasimi "Meridian" şadlıq evində baş tutacaq.
Cütlüyün qız toyu iyulun 17-də "Neolit"də baş tutmuşdu. Mediaya qapalı olan toyda cütlük qonaqlara dress-code qoymuşdu.
Oğlan toyunda isə heç bir qadağa və tələb irəli sürülməyib.










