Nyu-York meri öz ölkəsinin prezidentinə etirazını bildirmək üçün Hamburqa gəlib

ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkun meri Bill de Blazio G20 sammitinin keçirildiyi Hamburq şəhərinə gəlib.
Bu səfərdə merin məqsədi ABŞ prezidenti Donald Trampa etiraz edən aksiya iştirakçılarına qoşulmaqdır.
De Blazio aksiyada çıxış edəcəyini bildirib. Almaniyaya getməkdən ötrü o, Nyu-Yorkda keçiriləcək polis əməkdaşlarının andiçmə mərasimində iştirakdan vaz keçib və bu, şəhər əhalisi tərəfindən birmənalı qarşılanmayıb.