Milyarderin bağışladığı oyuncaq elə bu boyda olar

Müğənni Rihannaya Səudiyyə Ərəbistanından olan milyarder sevgilisi Həsən Cəmil oyuncaq ayı hədiyyə edib. Adam boyda ölçüsü olan ayını müğənniyə çatdırmaq üçün milyarder öz şəxsi jeti ilə bütün dünyanı dolanıb.
Rihanna ilə milyarder gənc arasında eşq macərası hələ bir il əvvəl başlayıb. Onların harada tanış olduğu məlum deyil.
Müğənninin atası The Sun nəşrinə açıqlamasında onların münasibətindən xəbərdar olduğunu bildirib: “Mən onun milyarder olduğunu bilmirdim. Az və ya çox pul insanı xoşbəxt etmir, münasibətlərdə nəsə başqa bir şey də olmalıdır ki, boşluq olmasın. Mən Həsənə demək istəyirəm ki, mənim qızım çox müstəqil böyüyüb və sevmir ki, kimsə ona göstəriş versin”, deyə Ronaldo Fenti bildirib.
Xatırladaq ki, cütlüyün daha əvvəl hovuzda çimərkən görüntüləri yayılmışdı.