Tarkan uşaqlıq arzusunu dilə gətirib

Türkiyənin meqa-starı Tarkan uşaqlıq arzusunu dilə gətirib.
”Formula 1” Azərbaycan "Grand Prix"sinin açılışında səhnə alan Tarkan İnstanbula döndükdən sonra həyat yoldaşı Pınar Tevetoğlu ilə görüntülənib.
Bayramda tətil etməyəcəyini, Hərbiyə açıq hava konsertlərinə hazırlanacağını söyləyən Tarkan, "Yeni sürprizlər varmı" sualına cavab olaraq, "Yeni mahnılarımı söyləyəcəyəm, daha nə olsun" deyib.
Tarkan Pınar Tevetoğlunun hamilə olduğu iddiasına isə "Hamilə deyil. Uşaq istəyirik, amma elə bir şey yoxdur. Olsa, deyərəm" cavabını verib.