Tubanın iş adamı sevgilisi həbs olundu

Türkiyənin məhşur aktrisası, "Cəsur və Gözəl" serialının "Sühan"ı Tuba Büyüküstünün iş adamı sevgilisi Umut Evirgən həbs olunub.
Bir müddət əvvəl “Hürriyet" qəzetinin müxbiri birlikdə yemək yeyib, söhbət edən cütlüyün şəkillərini çəkilmişdi. Evirgən isə mühafizəçilərinə jurnalistin fotoaparatını alıb, şəkilləri sildirməyi tapşırmışdı. Jurnalistin idarə etdiyi avtomobili izləyən mühafizəçilər onun önünü kəsərək silahla hədə-qorxu gəliblər və fotoları sildirmişdi. Hadisədən sonra jurnalist polisə gedərək Evirgen və mühafizəçilərindən şikayətçi olmuşdu.
Ötən gün jurnalistin şikayəti əsasında iş adamı və iki mühafizəçisi həbs olunub. Məhkəmə qarşısına çıxan Evirgern ilə mühafzəçiləri həbsxanaya göndərilib. Tuba haqqında isə hər hansı tədbir görülməyib.
Qeyd edək ki, Tuba Büyüksütün 6 illik həyat yoldaşı Onur Saylakdan 14 gün əvvəl boşanıb. Ayrıldıqdan sonra isə aktrisanın adı özündən 9 yaş kiçik, məşhur məkanların administratoru kimi tanınan Umut Evirgən ilə birlikdə çəkilir. Eşq dedi-qodularına səssiz qalan cütlük ötən gün ilk dəfə birlikdə görüntülənib.