Məşhur aktrisa üçüncü dəfə ərə getdi – İddia

Türkiyənin məhşur aktrisası Bircə Akalayın üçüncü dəfə ərə getdiyi barədə xəbərlər yayılıb.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb aktrisanın sevgilisi Can Tunalı ilə paylaşdığı fotolarda barmağındakı alyans olub. Alyansı görənlər isə bu detalın diqqətdən qaçmadığını deyərək cütlüyün ailə qurduğunu iddia ediblər.
Xatırladaq ki, aktrisa "Yer, Gök, Aşk" serialında birlikdə rol aldığı həmkarı Murat Ünalmış ilə eşq yaşamağa başlamışdı. Daha sonra isə cütlük serialın sezon finalında nigah masasına əyləşmişdi. Lakin bu evlilik uzun sürməmişdi.
Bundan sonra Akalay "Kiçik ağa" serialı ilə ekranlara geri dönmüşdü. Aktrisa bu dəfə isə yenə baş rolu paylaşdığı Sarp Levendoğlu ilə yeni bir eşqə yelkən açmışdı. Daha sonra evlənən cütlüyün ailə həyatı uzun çəkməmişdi. Yanvar ayında evlilikləri bitən Saprla Bircənin boşanma səbəbi isə Dərya Şənsoy olmuşdu.



