6 dəfə ərə gedən müğənni: “Sevgili olmağı bacarmadığım üçün...”

Müğənni Seda Sayanın "Duymayan Kalmasın" proqramında etdiyi etiraf hər kəsi təəccübləndirib.
Müğənni proqrama zəng edərək şəxsi həyatıyla əlaqədar maraqlı fikirlər səsləndirib: "Eşq mövzusunda bacarıqlı deyiləm. “Xoşbəxt olmadım” deyib, kimsəyə haqsızlıq etmək istəmirəm. Amma heç cür münasibət baxımından bəxtim gətirmədi. Mən eşqbazlıq edə bilmirəm, birbaşa evlənirəm”.
Qeyd edək ki, müğənni 6 dəfə ərə gedib. O, son olaraq mart ayında 6 il bərabər yaşadığı sevgilisi Erkan Çelikdən ayrılıb.