Tolik Şəbnəmi biabır etdi: “Hələ çox balacasan”

Prodüser Tolik müğənni Şəbnəm Əsədovanı biabır edib.
Şəbnəmin onun konsertinin Aygün Kazımovanın konsertindən yüksək olacağını deməsi prodüseri qəzəbləndirib.
O, sosial şəbəkədə Şəbnəmə sərt ismarıc göndərib: "Dünən saytların birində oxudum ki, Şəbnəm Tovuzlu "Mənim keçirəcəyim konsert Aygün Kazımovanın konsetindən yüksək olacaq" deyib. Dünən Şəbnəmə 4 dəfə zəng vurdum, açmadı. Sonra gördüm ki, "Space"də ən baxımlı verilişdədir. Şəbnəm dostumdur, amma haqqımı heç atama da yedizdirmərəm. Birincisi Şəbnəm deyir ki, konsertini Azərbaycanda keçirilən "Eurovision" yarışmasını çəkən komandadan 8 nəfər lentə alacaq. Şəbnəmin nəzərinə çatdırım ki, bu mötəbər yarışmanı çəkən komanda "Euromedia"dır və ancaq "Eurovision" müsabiqəsini çəkir. Atlantda şortiklə, gələn insanların olduğu konserti yox! İkincisi demisən ki, A.Kazımovaya hörmətin var. Amma ondan yüksək konsert verəcəksən. Xalq artistimizin Atlantda baş tutan 3 konsertini mən təşkil eləmişəm. Ondan əlavə Röya, Natavan, İtakli Pirstaxala və başqa müğənnilərin konsertini mən eləmişəm. Reklama da bu qədər pul qoymamışam. Çünki ora nə Yaşıl Teatr, nə də Heydər Əliyev Sarayıdır. Oranın adı üstündədir, Atlant İstirahət Mərkəzi. Onların adı brend olduğu üçün reklama ehtiyacları olmayıb. Bir şeyi unutma ki, Aygün Kazımova sənətindən danışmağa istər sənət, təcrübə, istərsə də, onun elədiyi layihələr qarşısında çox balacasan. Baxmayaraq ki, səni hər zaman müdafiə eləmişəm. Amma bu dəfə sözün biri də mənə çatdığı üçün cavabını verməli idim. Məkan seçəndə elə yeri seç ki, ilk solo konsertinə şortikdə gəlib baxmasınlar. Mən oranı əla tanıyıram".