Azərbaycanca “Spark. Bəşəri Qəhrəman”ın təqdimatı olub - FOTOLAR

“Cinemaplus”da “Cinemazadeh” studiyasında Azərbaycan dilinə dublyaj olunmuş “Spark. Bəşəri Qəhrəman” cizgi filminin təqdimatı baş tutub.
Mərasimə Tural Əsədov, Müşfiq Şahverdiyev, Elməddin Cəfərov, Hüsniyyə Məhərrəmova və başqaları qatılıb. Dublyaj komandası yeni işləri haqda məlumat verdikdən sonra tamaşaçılarla birlikdə cizgi filmini izləyiblər.
Qeyd edək ki, dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadədir.
Animasiya filmini Murad Dadaşov, Sənubər İsgəndərli, Cabir İmanov, İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.






