Samirə Əfəndi mükafat almaq üçün Yunanıstana getdi
"Eurovision 2021" təmsilçisi Samirə Əfəndi Yunanıstana dəvət edilib.
Musavat.com xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat verib. Müğənni həmçinin, "Open TV" də səhər proqramının qonağı olub. O, müsabiqədə 21-ci yeri tutmasına görə məyus olduğunu bildirib.
Əfəndi yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində tanındığını açıqlayıb.
Qeyd edək ki, Yunanıstanda Samirəyə "Mad VMA21" mükafatı veriləcək. Tədbir iyunun 25-də baş tutacaq.