Mətanət İsgəndərli reanimasiyaya yerləşdirilib
Rusiyada koronavirusa yoluxan müğənni Əməkdar artist Mətanət İsgəndərli Moskvadakı xəstəxanada reanimasiyaya yerləşdirilib.
İç xəbər xəbər verir ki, bu barədə redaktor.az-a ifaçının gəlini Canana məlumat verib. O bildirib ki, M.İsgəndərli və oğlu Kərim 5 gün öncə COVID-19 infeksiyasına yoluxublar:
“Kərimin hərarəti 38 dərəcəyə qalxırdı, Mətanət xanımda hərarət olmadı. Bir neçə gün öncə onda boğulmalar, dodaq ətrafı göyərmələr əmələ gəldi. Bu səbəbdən dərhal özəl xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır. Kərim cavan olduğuna görə müalicəsi yaxşılığa doğru gedir”.