8 Martda 1 saat oxuyub, 15 min qazanacaq
Məşhurlarımız 1 illik fasilədən sonra 8 Mart gecəsi səhnəyə çıxacaq.
“MTV Azərbaycan” müğənnilərin bayram gecəsi üçün qazanacaqları qonorarı araşdırıb. Məlum olub ki, Xalq artisti
Aygün Kazımova bayram günü 15 min manat qazanacaq. O, bir saatlıq çıxış edəcək.
Müğənni Nura Suri isə əvvəlcədən razılaşma əldə etsə də, sonradan çıxış edə bilməyəcəyini söyləyib.
Müğənni Səidə Sultan 5 məkanla anlaşıb. O, hər yarım saat üçün 2 min manat alacaq.
Dj Roshka 35 dəqiqəlik çıxışının müqabilində 2 min manat gəlir əldə edəcək.
Xalq artisti Miri Yusif isə 1 məkanla razılaşıb. Onun külli miqdarda pul qazanacağı bildirilir.
Niyam Salami öz restoranında çıxış edəcək.