Bəhram Bağırzadənin sosial şəbəkə hesabı oğurlandı
Əməkdar artist Bəhram Bağırzadənin 300 minlik izləyicisi olan "İnstagram" profili oğurlanıb.
İçxəbər bildirir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb. Bəhram Bağırzadə izləyicilərinə müraciət edərək, hələlik onun səhifəsinə girməməyi tövsiyə edib:
"Son aylar “qonşularımız” “İnstagram” hesabımın sındırılacağı ilə mənə problem yaradacaqları ilə hədələyirdilər və bunu etdilər! Nə deyə bilərəm - kütləvi psixoz müalicə olunmur. Bu alçaqlar necə yaşamağı, işləməyi və ya yaratmağı bilmirlər. Bacardıqları hər şeyi axmaq və iyrənc şəkildə oğurlamaqdır. Gah resept qoparacaqlar, gah melodiya, indi də növbə mənimdir. Məndən təqribən 300 min izləyicimi oğurlamaqlarına baxmayaraq, xoşbəxtəm və qürur duyuram. Deməli yazılarım və məqalələrim öz işini gördü!
Bütün abunəçilərimə müraciət edirəm - səhifəmə girməyin, çünki ədəbsiz və təxribat xarakterli foto və videolar ola bilər. Artıq kömək üçün IT mütəxəssislərimizə müraciət etmişəm, ancaq hücumu dəf edə bilmədikləri təqdirdə hamıdan səhifəmdən çıxmağı xahiş edəcəm. Xəbər gözləyin, sizə məlumat verəcəm”.