Oksana düşdüyü qəzadan danışdı
Rəqqasə-aktrisa Oksana Rəsulova yenidən şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib.
“ATV maqazin onlarla" proqramına açıqlama verən sənətçi keçirdiyi avtomobil qəzasından danışıb. Oksana bildirib ki, artıq avtomobil idarə etməkdən qorxur və sürücü axtarır:
"O qəzanı heç vaxt unutmaram, başımdan xəsarət almışdım. Yaşıl işıqda keçirdim, qəfildən başqa avtomobil döndü. Qarşıdan gələn avtomobildə arxada qadın oturmuşdu. Onun sifətini heç vaxt unutmaram. Sonra gördüm ki, qadın hamilə imiş.
Çox qorxmuşdum. İndi ona görə özümə sürücü axtarıram. Həmin sürücü bəy olmalıdır. Çünki məncə kişilər avtomobili daha yaxşı idarə edir".
"Həyat yoldaşınız qısqanmayacaq" sualına isə Oksana "Yox, bu cür şeyləri qısqanmır. Biz onunla sevgilidən çox, dostuq",-deyə cavab verib.