Röya Ayxan göstərdiyi yardımları reklam edən məşhurları qınadı
Xalq artisti Röya Ayxan xeyriyyə işləri ilə məşğul olan tanınmışlardan danışıb.
Musavat.com xəbər verir ki, “10-da görüşək” verilişində qonaq olan ifaçı göstərdiyi yardımları reklam edən məşhurları tənqid edib:
"Hamının arxada yığdığı pulu var. Sonuncu dəfə qazancım ötən ilin mart ayında oldu. Pandemiyaya görə xəstəxanalara ödəniş etdim. Ortada özünü göstərib, 3 pomidor, 1 xiyarla qapı gəzib, oldular "qəhrəman". Onu da öz pulları ilə yox, başqalarının pulu ilə edirdilər. Nə qədər varımdır, o çərçivədə yaşayıram. Mənim də yaxşı dostlarım var, deyərdim 50 min ayırardılar, gedib 20 minini cibimə qoyardım, 30 minə də pomidor-xiyar alıb, qapı-qapı gəzərdim".