Rəqqasə Oksana Rəsulova : “Əsas odur ki, insaniyyətimizi itirməyək”
Deyəsən artıq 2021-ci ildəyik. Bismillah. Allah bizə növbəti ildə ilk olaraq iman və hidayət, sonra isə can sağlığı, ağıl və zəka versin”.
"İç xəbər" bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova sosial şəbəkədə qeyd edib. Rəqqasə yeni ildən digər gözləntilərini də qeyd edib:
“Deyəcəksiz, bəs para, mülk? Təbii ki onlar da lazımdır. Sadəcə yuxarıda sadaladığım şeylər olsa, bunlar da olacaq. Əsas odur ki, insaniyyətimizi itirməyək, nəfsimizə hakim olaq, düzgün yoldan dönməyək və şükür etməyi bacaraq”.