“Məşhurların maskasız toplaşması insanların hissləri ilə oynamaqdır” – Namiq
Meyxanaçı Namiq Qaraçuxurlu həmkarlarını tənqid edib.
"İç xəbər" xəbər verir ki, sənətçi sosial şəbəkədə yaydığı video vasitəsilə şou əhlinin karantin vaxtı bir araya toplaşmasını qınayıb:
"Maskasız küçəyə çıxmaq qadağası var. Üstəlik, cərimələrin artırıldığı və bunlara insanların etiraz etdiyi vaxtda, tanınmışlarla birgə bu istiqamətdə maarifləndirici işlər görməkdənsə, onlara maskasız, ara məsafə saxlamadan görüntülər yaymağa icazə vermək yanlışdır. Bu, gərginlik içində olan insanlarımızın hissləriylə oynamaqdır. Virusun yayılmağı isə bu mənzərədə qaçılmazdır".