Şuşa işğal olunanda mən körpə idim. Bu gün isə Şuşa azaddır”.

“Şuşa! Qarabağımızın döyünən ürəyi! Qarabağımızın incisi!
Şuşa işğal olunanda mən körpə idim. Bu gün isə Şuşa azaddır”.
"İç xəbər" xəbər verir ki, bu sözləri “Eurovision” təmsilçimiz, müğənni Çingiz Mustafayev sosial şəbəkədə yazıb. Şuşaya səfər edən müğənnilərdən biri olan sənətçi öz təəssüratlarını bölüşüb:
“Şuşa torpağına ayaq basdım. Şuşa məscidini ziyarət etdim. Bu möcüzəvi torpaqları, yerləri canlı gördüm. Elə hisslər, düşüncələr var ki, onları yazı ilə izah etmək olmur, sadəcə yaşanır.
Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Bu gün biz onların sayəsində bu yerlərə ayaq basa bilirik. Ali baş komandanın və müzəffər ordumuzun sayəsində Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, bir qrup sənət adamı bir neçə gün öncə Şuşaya gedərək əsgərlərlə görüşüblər.


