Bu dəfə Elza Seyidcahan bayraq rəngində geyiminə görə təndiq olundu – Foto
Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə paylaşdığı bayraq geyimli fotolarına görə yenidən tənqid atəşinə tutulub.
Musavat.com bildirir ki, yenidən bayraq geyimli fotolarını “İnstagram” səhifəsində paylaşan sənətçini izləyiciləri sərt şəkildə tənqid ediblər. Bir çox izləyicilər “Bayraq başımızın üstündə olmalıdır”, “Bayrağı geyim edib, əyinə geyməzlər” kimi fikirlər səsləndiriblər.
Xatırladaq ki, bu günə qədər bir çox tanınmış sənətçi, o cümlədən Aygün Kazımova, Lalə Məmmədova, Elnur Məmmədov, Sevil-Sevinc bacıları, Mənzurə Musayeva da bayrağı əks etdirən geyimlərinə görə tənqid olunublar.