Nazpəri Dostəliyeva erməninin evindən fotosunun çıxmasına münasibət bildirib.
Xalq artisti Nazpəri Dostəliyeva erməninin evindən fotosunun çıxmasına münasibət bildirib.
Nazpəri Dostəliyeva Musavat.com-a açıqlamasında bu sözləri deyib: "Mən xoşbəxt müğənniyəm. Azərbaycan sənətini bütün dünyada sevdirmişəm, hətta düşmənlərimizə belə. Bununla fəxr edirəm və düşünürəm ki, hamımız bununla fəxr etməliyik. Bir neçə dəfə Almaniyada, İsraildə kliplərimin yayımlanmasını görmüşəm.
Təsadüfən taksidə gedərkən gördüm ki, monitorda kliplərim yayımlanır. Düzdür, çox təəccübləndim və sevindim. Amma bu gün təəccüblənmirəm. Bir halda ki, Azərbaycan musiqisini bütün dünyaya sevdirmişəm, düşmənlərin də musiqimizi sevməsi qaçılmazdır. Demirəm ki, Nazpərini sevirlər, özümü xoşbəxt sənətkar hesab edirəm”.
Xalq artisti qələbə sevincindən də danışıb: "Hər birimiz bu qələbənin gözəl ab-havasını yaşayırıq. Xalqımızın bu gözəl günündə televiziyalara, radiolara çıxıb, təbrik edirəm. Şuşaya gedərkən "Nə olar Allahım, ayırma bizi" və "Şuşanın dağları" mahnısını ifa edəcəm".