Könül Kərimova gəlinlik geyindi
Əməkdar artist Könül Kərimova pandemiya dövründə yaradıcılıqla məşğul olmasa da, yeni fotosessiya etdirib.
Musavat.com xəbər verir ki, müğənni bəyaz gəlinliklə kamera qarşısına keçib. O, yeni fotolarını sosial şəbəkədə bölüşüb və "Yüngül yaralar danışa bilər, amma dərin yaralar dilsizdir" sözlərini yazıb.
Qeyd edək ki, Əməkdar artist sonuncu dəfə Novxanıda villa alması ilə gündəmə gəlib.










