Atam içazə vermir Maşın şou
"Atam dedi ki, rəngin xoşuma gəlmədi. Əlini götür və kəndə, yanıma gəl", deyərək əlini avtomobildən çəkib. Onun bu addımı birmənalı qarşılanmayıb. Bildirilib ki, ifaçı Rusiyaya toya gedəcəyi üçün şounu tərk edib. O layihədə qonaq olaraq deyilənləri inkar edib.
Sənətçi bu gün isə atası ilə Salyanda çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq "Atam da, mən də sizləri salamlayırıq. Deyirəm, ata, dedin, gəldim. Niyə məni çağırdın? Qayıtdı ki, rəngin xoşuma gəlmədi, qorxdum, sənə bir şey olar. Maşın gəldi-gedərdi, ancaq oğlumu tapa bilmərəm. Oğul, səni bu vətən üçün böyütmüşəm, bir maşına qurban vermək üçün yox. Atam deyir ki, sən orada kimdənsə səs istəyirsən, Allah sənə səslərin ən mükəmməlini verib. Başqa heç bir səs sənə gərək deyil. Mən də atama heç nə demədim, qucaqlayıb üzündən, əlindən öpdüm",- şərhini yazıb.










