Zamiq Hüseynov ata olacaq
Əməkdar artist Röya Ayxan sosial şəbəkədə müğənni Zamiq Hüseynovun sirrini açıb.
İfaçı həmkarını doğum günü münasibəti ilə təbrik edib. O, həm də Hüseynovun ata olacağını bildirib.
Beləliklə, Zamiqin həyat yoldaşının hamilə olması üzə çıxıb.
Qeyd edək ki, Z.Hüseynovun ötən il gizli evləndiyi barədə xəbər yayılmışdı. Müğənni Aydan adlı xanımla nikah bağlayıb. Bu, onun ikinci evliliyidir.










