“Erkenci kuş” serialı ilə məşhurlaşan aktyor Can Yaman dünya birincisi olub.
“Erkenci kuş” serialı ilə məşhurlaşan aktyor Can Yaman dünya birincisi olub.
Türkiyə mətbuatı xəbər verir ki, “ENews TV” 2019-cu ilin “Ən yaxşı serial aktyoru”nu seçmək üçün sorğu keçirib. Finala Can Yaman məşhur aktyor Jansen Ackles ilə qalıb. Yaman səslərin 90 faizini toplayaraq birinci olub.
Bəzi sosial şəbəkə istifadəçiləri Can Yamanın bu qalibiyyətə layiq olmadığını bildiriblər.














