Türkiyəli müğənni Ayla Çelik Reynmenin “Ela“ mahnısına rəqs edən Hadisəyə söz atıb.
Türkiyəli müğənni Ayla Çelik Reynmenin “Ela“ mahnısına rəqs edən Hadisəyə söz atıb.
Türkiyə mətbuatı xəbər verir ki, sosial şəbəkədə video paylaşan Ayla yeni albomunun reklamını paylaşacağını açıqlayıb: “Dostlar, bir azdan albomunun reklamını bölüşəcəyəm. Xahiş edirəm, hazırladığımız tizeri çox sevin. Mən də axmaq rəqs hərəkətləri etməyə məcbur olmayım”.
Qeyd edək ki, Reynmen duet ortağı axtardığı haqda sosial şəbəkədə yazdıqdan sonra müğənni Hadisə onun mahnısına rəqs etdiyi görüntüləri bölüşmüşdü. Hadisənin rəqsi birmənalı qarşılanmamış, tənqid edilmişdi.










