Beren Saatın ayrılması
Müğənni Kənan Doğulunun anası Sərpil Doğulu müğənni ilə gəlini Beren Saatın ayrılması ilə bağlı yayılan xəbərlərə son qoyub.
Türkiyə mətbuatı xəbər verir ki, Kənanın Harbiyedə keçirilən konsertində qonaq olan məşhurun anası tanınmış cütlüyün boşanmayacağını açıqlayıb: "Oğlumu heç vaxt tək qoymaram. Bütün pop ifaçılarını sevirəm, amma o, mənim oğlumdur. Beren ilə Kenan ayrılmayıb. Hər şey yaxşıdır. Hərəsi öz işində-gücündədir".
Qeyd edək ki, Beren Saat sosial şəbəkədə keçmiş sevgilisinin fotosunu paylaşmışdı. Daha sonra doğum günündə yazdığı kədərli status cütlüyün ayrılacağı barədə xəbərləri gündəmə gətirmişdi.










