“Ürəyimin qapısını açacaq xanımı tapanda evlənəcəyəm.
Aparıcı-aktyor Şəhriyar Əbilov “Hər şey daxil” verilişinin qonağı olub.
O, ailə qurmamasının səbəbini açıqlayıb:
“Ürəyimin qapısını açacaq xanımı tapanda evlənəcəyəm. Məni görən kimi soruşurlar ki, niyə evlənmirsən? Dünyanın heç yerində belə şey yoxdur. İnsanlar müəyyən yaşa çatırlar, işlərini qururlar. Gərək evə gətirdiyin xanımın rahatlığını təmin edə biləsən. Gərək o xanım rahat və xoşbəxt olsun. Mən də rahatlığımı sevən insanam”.
Verilişinin aparıcısı Tolik isə bildirib ki, Türkiyədə yaşamağa başlayan aktyoru məşhur xanımla qardaş ölkə manşetlərində görmək istəyir: “Çox istəyərəm ki, Şəhriyar Türkiyənin məşhur xanımlarının biri ilə sevgili olsun və onların fotosu manşetləri bəzəsin. Çox maraqlı olar”.










