Türkiyəli məşhur müğənni Demet Akalının bu gün keçiriləcək Bakı konserti təxirə salınıb.
Türkiyəli məşhur müğənni Demet Akalının bu gün keçiriləcək Bakı konserti təxirə salınıb.
Bir neçə dəfə konserti təxirə düşən sənətçi "Elektra Events Hall"da baş tutacaq konsertin gələn aya keçirilməsini istəyib. Gecəyə alınan biletlər isə gələn ay baş tutacaq konsert üçün keçərli olacaq.
Qeyd edək ki, ifaçı ilə yanaşı, səhnəyə həyat yoldaşı Okan Kurt da çıxacaqdı. O.Kurt konsertdə Dj-lik edəcəkdi.










