“Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçiriləcək

Bu gün Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçiriləcək.
Müsabiqənin aparıcılığını Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba edəcək. İkinci yarımfinalda 18 ölkənin təmsilçisi səhnəyə çıxacaq. Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan təmsilçiləri öz şouları ilə final uğrunda mübarizə aparacaq.
Çingiz Mustafayev “Truth” (“Həqiqət”) mahnısı ilə Azərbaycanı təmsil edəcək. O öz şousu ilə “Eurovision”ın qapanışını edəcək.
Müsabiqə Bakı vaxtı ilə saat 23:00-da İTV-də canlı olaraq yayımlanacaq. Yarışmanı aparıcı Murad Arif şərh edəcək.
Qeyd edək ki, ilk yarımfinalda 17 ölkə çıxış edib. Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya finala vəsiqə qazanıb.
Müsabiqənin final gecəsi isə mayın 18-da baş tutacaq. Final mərhələsində Azərbaycanın səslərini xalq artisti Faiq Ağayev səsləndirəcək.



