Allah birinə səs, birinə şarm verib.
Əməkdar artist Röya Ayxan küsülü olduğu həmkarı Natavan Həbibidən danışıb.
Ifaçı Natavanı ana olması münasibəti ilə təbrik edib: “Gözü aydın olsun. Sən bunu çox gözlədin. Əminəm ki, onun yolunda nə qədər fədakarlıq etdin. Gün gələcək o, bunların cavabını verəcək. Allah bütün gözəl günləri sizə qismət etsin. Böyük kişi olsun, ağıllı olsun. Adı ilə böyüsün”.
Röya həmkarları ilə yaşadığı qalmaqallardan da danışıb: “Mən beləyəm, birdən əsəbiləşirəm. Elə bilirlər ki, aqressivəm, amma elə deyil. Heç kimin haqqını yemərəm. Qulaq asdığım musiqiləri paylaşıram. Yazdılar, Günay İbrahimli ilə qalmaqal yaşadı. Ola bilər, sözlərim başqa cür səsləndi. Hamısının yanındayam, Allah qəşəng səs, sənət verib. Allah birinə səs, birinə şarm verib. Heç kimi əzmək lazım deyil”.
Qeyd edək ki, Röya bir neçə gün əvvəl “Günay İbrahimli hamının içində ətrini çıxartdı. Hamı ona güldü, çünki mənim istifadə etdiyim ətirdən idi” sözləri ilə həmkarını tənqid etmişdi.










