Ailənin birləşməsində, dağılmasında xoşbəxtlik rol oynayır.
“Ailənin birləşməsində, dağılmasında xoşbəxtlik rol oynayır. Tam xoşbəxt olmayanda vurnuxmağa başlayırsan. Ona görə də vaxtında bitirmək lazım idi, övladlarımın xətrinə münasibətimizi bitirməli idim”.
Bu sözləri aktyor Fərda Xudaverdiyev deyib.
O, “ATV maqazin onlarla” verilişində ilk dəfə boşanmasından danışıb:
“Bir evin içində övladlarımı elə görmək istəmirdim. Bir uşağa 154 manat aliment kəsilirsə, mən hər uşağıma 600 manat artıq verirəm. Qazancımın 70 faizini övladlarıma verirəm. Onlar xahiş etmişdi ki, məni dünyaya gətir? Onlara baxmaq borcumdur”.










