Azərbaycanı təmsil edəcəm
Əməkdar artist Tünzalə Ağayeva ulduz səfir seçilib.
o bu haqda sosial şəbəkədə məlumat yayıb.
İfaçı bildirib ki, bu il baş tutacaq II Avropa Oyunlarında Azərbaycanın ulduz səfiri olacaq: “Milli Olimpiya Komitəmizə, Azərbaycandakı Belarusiya Səfirliyinə bu ilin iyun ayında Minskdə keçiriləcək II Avropa Oyunlarında məni Azərbaycanı təmsil edəcək ulduz səfir seçdiyi üçün təşəkkür edirəm. Ölkəmizi, mədəniyyətimizi təmsil etmək, idmançılarımızın yanında olmaq böyük sevinc və şərəfdir”.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci ildə Bakıda baş tutmuşdu.











