Çox əyləndik

Rəqqasə Aytən özünə təmtəraqlı doğum günü keçirib.
Rəqqasə şou-biznes əhlini və dostlarını başına toplayaraq 15 il sonra ilk dəfə yeni yaşını qeyd edib.
“Doğum günlərimi qeyd etməyi sevmirəm. Bilirsiniz ki, sadəliyi sevirəm. Amma bu dəfə dostlarım çox israr etdi. Hətta deyə bilərəm ki, qarşıma tələb qoydular. Dedilər ki, ya özün təşkil et, ya da biz sənin üçün gözəl məclis quracağıq. Mən də onlara əziyyət vermək istəmədim. Yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Çox əyləndik, dedik-güldük. İndi düşünürəm ki, doğum günümü qeyd etməklə doğru addım atdım. Özümə can sağlığı, yaradıcılıq uğurları, gözəl rəqslər arzulayıram”.
Rəqqasə ona bağışlanan ən bahalı hədiyyəni isə sirr saxlayıb: “Hədiyyənin böyüyü, kiçiyi olmaz. Ona görə də bu haqda danışmaq istəmirəm. Kimin nəyə gücü çatıbsa, onu da hədiyyə edib. Hər xanım kimi gülləri sevirəm. Mənə gözəl güllər gətirdilər. Hər kəsə bir daha təşəkkür edirəm”.





