İllərlə ürəyimdə saxladığımı dilə gətirmək istəyirəm
Xalq artisti Nazpəri Dostəliyeva ilə qardaşı qızı Pərvanə Dostəliyeva arasında yaşanan qalmaqal səngimək bilmir.
Illər öncə “Azəristar” yarışması ilə gündəmə gələn P. Dostəliyeva yenidən üzə çıxıb. O, sosial şəbəkədə video paylaşaraq atası və bibiləri haqqında şok iddialar səsləndirib:
“İllərlə ürəyimdə saxladığımı dilə gətirmək istəyirəm. Əvvəl qorxurdum ki, mənə zərər vurarlar. Mən Nazpəri Dostəliyevanın qardaşı qızıyam. O vaxt nənəm əməliyyat olunanda bibim Zeynəb Dostəliyevanın evində qalırdım. Atam Ağalar mənə 6 yaşımda təcavüz etdi. Məşhur olmaq fikrim yoxdur. İndi atam küçədə yatır, ona it kimi davranırlar. Nazpəri həmişə ayağımdan çəkdi. Allah sizin bəlanızı versin. Mənim həyatımı bitirdiniz. Hər kəsdən gözəl və istedadlı idim. Görün, siz nə gündəsiniz. Kişilərin sayəsində bu günlərə gəlib çıxmısınız. Onların xoşbəxt olmağını görüb, içim yanır. Anamın həyatını puç etdiniz. Mənim günahım nə idi? Nazpəri, əvvəl səndən qorxurdum, indi qorxmuram. Çünki xarici ölkədəyəm. Görüm, məni necə tapırsan”.
Daha sonra N. Dostəliyeva news24.az saytına açıqlamasında Pərvanəni tanımadığını deyib: “Mən o qızı nə tanımıram, nə də mənim qardaşımın uşağı deyil. Heç qızın adını da bilmirəm. O kimdir? Tanımıram! Bu video məndə bir aydır ki, var və bu qız məni bu video ilə şantaj edib, pul istəyir”.
Nazərinin sözləri P. Dostəliyevanı daha da qəzəbləndirib. O yeni video paylaşaraq bibisinə səslənib:
“Demisən ki, məni tanımırsan. Mən qardaşın uşaqların ilə şəkillərimi paylaşaram. Bilirəm, biabır olmaqdan qorxursan. Mən Zeynəb Dostəliyevadan pul istəmişəm? O acından günorta durur. İndi canınızı qurtarırsınız. Amma o biri dünyada iki əkim yaxanızda olacaq”.










