“Dalan” təqdim olundu

Ötən gün Azərbaycan istehsalı olan “Dalan” filminin təqdimat mərasimi baş tutub.
Nizami Kino Mərkəzində keçirilən gecəyə siyasət və incəsənət aləminin tanınmış simaları qatılıb. Filmin yaradıcı heyəti qırmızı xalı üzərindən keçərək poza veriblər. Daha sonra onlar qonaqlarla birlikdə filmi izləyiblər.
Elvin Rüstəmzadənin rejissorluğunu etdiyi “Dalan”da Ziya Ağa, Sevinc Əliyeva, Rasim Cəfər kimi məşhurlar rol alıb. Ekran işinin ssenarisi xəyanət üzərində qurulub və ailə-məişət problemlərinə diqqət çəkilib. Film kənardan xoşbəxt görünən, lakin aralarında problemlər olan iki cütlüyün həyat hekayəsindən bəhs edir.
Ekran işində aktrisa Sevinc Əliyeva və aktyor Ziya Ağanın bir neçə dəqiqəlik sevişmə səhnəsi maraqla qarşılanıb.







