Murat Boz ilə aktrisa sevgilisi Aslı Enver yenidən şəxsi həyatı ilə gündəmdədir
Müğənni Murat Boz ilə aktrisa sevgilisi Aslı Enver yenidən şəxsi həyatı ilə gündəmdədir.
İfaçı sosial şəbəkədə piano çalan zaman çəkilən fotosunu paylaşıb. Muratın nişan barmağında alyans olması diqqət çəkib və cütlüyün gizli nişanlanması barədə xəbərlərin yayılmasına səbəb olub.
Daha sonra Boz dostunun şərhinə “Nişanlanmamışıq” cavabını yazaraq, şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə son qoyub.
Qeyd edək ki, Murat-Aslı cütlüyünün yayda evlənəcəyi bildirilir.
Murat Boz daha öncə prodüseri Eliz Sakuçoğlu ilə gizli evlənmişdi.












