Greencard qazanaraq Amerikaya köçən müğənni danışdı
“Greencard” qazanaraq Amerikaya köçən müğənni Elariz Məmmədoğlu gülüş hədəfi olub.
İfaçı sosial şəbəkədə “Greencard” vəsiqəsini aldığını və Amerika vətəndaşı olduğunu bildirib: "Mənim "Greencard"larım gəldi. Artıq Amerika vətəndaşıyam. Sevinənlərə can sağlığı, sevinməyənlərə isə uzun ömür arzulayıram".
Lakin şəbəkə istifadəçiləri müğənnini gülüş hədəfinə çeviriblər. Çünki “Greencard” ilə vətəndaşlıq verilmir, sadəcə oturma izni verilir. “Greencard” qazananlar 5 il Amerikada yaşadıqdan sonra vətəndaş olmaq şansını qazana bilərlər.
Qeyd edək ki, Elariz həyat yoldaşı və qızının ondan xəbərsiz "Greencard"a müraciət etdiyini və 2017-ci ildə qazandıqlarını bildirib. O, övladlarının 18 yaşdan böyük olduğu üçün Amerikaya yalnız həyat yoldaşı ilə getdiyini də açıqlamışdı.










