Can Yamandan yeni qalmaqal
İki il öncə tərəf müqabilinin üstünə stəkan atan aktyor Can Yaman yenidən qalmaqalla gündəmdədir.
Aktyor bu dəfə “Erkenci kuş” serialının çəkilişi zamanı rol yoldaşının başına fotoaparat çırpıb. Belə ki, aktyor Anadolu Yakasında baş tutan çəkilişləri izləyən tamaşaçının “Demet Özdemir Can Yamanda nə görüb” deməsinə əsəbləşib və əlindəki fotoaparatı tamaşaçıya atıb. Fotoaparat isə başqa aktyorun başına dəyib. O, yaralandığı üçün dərhal xəstəxanaya aparılıb.
Qeyd edək ki, Can Yaman Selen Soyderə stəkan atdığı üçün məhkəməlik olmuşdu. O 7830 lirə pul cəzası almışdı. Yaman pulu ödəməyəcəyini açıqlamışdı.













